İngilis dili kitabı

slide
slide
slide
slide

Dəyərli dostlar!

İngilis dili kitabının yenilənmiş və redaktə olunmuş IV nəşri ilə qarşınızdayıq.

Bu vəsait qəbul imtahnlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri, müəllimlər və ingilis dilini müstəqil öyrənənlərin ehtiyacını ödəmək məqsədi ilə yazılmışdır. İngilis dilini öyrənərkən azərbaycanlı tələbələr üçün səciyyəvi olan səhvlərin qarşısını almaq məqsədi ilə bəzi qrammatik qaydalar cədvəl və diaqramlarla göstərilmişdir. İngilis dilini öyrənənlərin söz ehtiyatını artırmaq və təkmilləşdirmək məqsədilə vəsaitin son bölməsində 5000 söz və söz birləşməsindən ibarət lüğətə yer verilmişdir. Lüğətə orta təhsil bazasına daxil olan sözlər, test toplularında və qəbul imtahanlarında ən çox istifadə olunan sözlər daxil edilmişdir. Sözlərin daha səmərəli öyrənilməsi üçün lüğət dil səviyyəsinə uyğun olaraq bölmələrə ayrılmışdır.

  Kitab Kainat Tədris Mərkəzinin ingilis dili müəllimlərinin birgə əməyi sayəsində ərsəyə gəlmişdir. Xüsusi əməyi keçən Ləman Babayevaya, Afaq Məmmədovaya, Məhəmməd Xəlilova və digər əməkdaşlarımıza dərin təşəkkürümü bildirirəm. Tənqidi fikir və rəylərinizi ingilis@kainat.edu.az ünvanına göndərməyinizi rica edirəm.

 

                                                                                               İlqar Ağakişiyev

                                                                      Kainat Tədris Mərkəzinin direktoru