V ixtisas qrupu

V ixtisas qrupu

V ixtisas qrupu (xüsusi qabiliyyət tələb edən ixtisaslar) üzrə qəbul imtahanı abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər.  Bundan əlavə abituriyent V ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan buraxılış imtahanından ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə 60 bal toplayan abituriyentlər keçə bilərlər.

Kainat Tədris Mərkəzində hazırlıq həftədə 3 dəfə, 9 saat olmaqla keçirilir. 8,9,10,11-ci sinif şagirdləri üçün nəzərdə tutulan abituriyent hazırlığı Kainat Tədris Mərkəzinin aşağıda göstərilən filiallarında mövcüddur: Mərkəz, Xətai, Lökbatan, Sahil, Xəzər, Xırdalan, Sumqayıt, Salyan, Şirvan, Zaqatala, Yevlax, Tərtər, Kürdəmir, Ucar filialları. Dərslər yeni təhsil sənədləri (Kurikulum) əsasında hazırlanmış proqramlarla keçirilir. Abituriyentlər müxtəlif dərs vəsaitləri ilə təmin edilir. Hər ay mütəmadi olaraq sınaq imtahanları təşkil edilir.

Hər il aprel-may aylarında kursumuza qəbul imtahanı keçirilir ki, bu imtahanlarda nəticələri yüksək olan tələbələr onlar üçün nəzərdə tutulmuş müəyyən güzəştlərdən yararlana bilər.

«  Kainat Tədris Mərkəzinə qəbul imtahanında keçirilən ballara görə güzəşt faizlərimiz »:

1-ci yer – 100%
2-ci yer – 70%
3-cü yer – 50%

Kainatdasansa, uğur qaçılmazdır!