Dövlət qulluğuna hazırlıq

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, I-V kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin I-VII təsnifatına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda 1 dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test imtahanı dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir.
A növü – inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:
- AA qrupu;
- AB qrupu;
- AC qrupu.
B növü – inzibati icraçı vəzifələr üzrə:
- BA qrupu;
- BB qrupu.İmtahanın davametmə müddəti Mərkəz tərəfindən imtahanın məzmunundan (namizədlərə verilən test tapşırıqlarının növündən və sayından) asılı olaraq, aşağıdakı qayda nəzərə alınmaqla müəyyən edilir:
- Qapalı tipli test tapşırıqlarının hər biri üçün 1 dəqiqə 30 saniyə;
- Açıq tipli test tapşırıqlarının hər biri üçün 2 dəqiqə;
- Esse tipli tapşırıqların hər biri üçün 30 dəqiqə.
Həftədə 2 dəfə, 90 dəqiqə olmaqla keçirilir. Hər həftə sonu sınaq imtahanları təşkil edilir.
Ünvan: Bakı şəh., Əhməd Rəcəbli küç., 25, Life Center binasının I mərtəbəsi (N. Nərimanov m/s yanı)
Tel: +994 (50) 647 90 70