IELTS

IELTS

IELTS imtahanı, ingilis dilinin danışıldığı ölkələrdə oxumaq və ya işləmək istəyənlərin ingilis dili bilik səviyyəsini qiymətləndirmək üçün olan bir imtahandır. İngilis dili bilikləri dünya səviyyəsində tanınmış standartlar çərçivəsində ədalətli, dəqiq və əsaslı uyğun bir şəkildə qiymətləndirilir.

      Akademik və ya Umumi IELTS seçimi

İki növ IELTS imtahanı var - akademik və ümumi ). Namizədlər, təhsil və profesional hədəfləri, viza tələblərinə əsasən qərar verirlər. Hər 2 imtahan danışma, oxuma, yazma və dinləmə bacarıqlarını qiymətləndirən 4 hissədən ibarətdir.

İngilis dilinin 4 bacarığını qiymətləndirən imtahan

IELTS, İngilis dilinin 4 bacarığını (dinləmə, oxu, yazma və danışma) əhatə edən rəsmi əsaslı bir imtahandır. IELTS imtahanının 4 hissəsi üçün IELTS namizədləri ayrı-ayrı bir qiymət alırlar. Bu bölmələrin ortalaması ümumi imtahan nəticəsini təşkil edir. Komponentlərin hər biri xüsusi bir bacarığı üzə çıxartmaq üçün diqqətlə hazırlanılır.

IELTS-in 9 ballıq şkalası

IELTS imtahanında kəsilmək və ya keçmək yoxdur. Bunun əvəzinə bütün nəticələr 9 bal səviyyəsində qiymətləndirilir. 1 ən aşağı, 9 ən yüksəkdir. Namizədlərə qulaq asmaq, oxumaq, yazmaq və danışmaq bölmələrinə görə ayrı-ayrı ballar verilir.

IELTS imtahan nəticəsini qəbul edən hansı quruluşlardır?

ABŞ, Kanada, Birləşmiş Krallıq, Avropa, Yeni Zelandiya və İrlandiya Universitet və işəgötürənlər IELTS nəticə tələb olunur. Dünyanın ən peşəkar şirkətləri, immiqrasiya idarələri və dövlət qurumları IELTS imtahan nəticəsini tələb edir.140 ölkədə 10.000 - dən artıq qurum IELTS imtahan nəticəsini tanıyır.

Dərslərimiz həftədə 2 dəfə, 1.5 saat olmaqla keçirilir. İlk dərs ödənişsiz sınaq dərsidir. Dərs saatından əlavə həftədə 2 dəfə, 1.5 saatdan 3 saata qədər davam edən danışıq klublarımız olur. Hər ayın sonu ay üzrə keçirilmiş dərslərin imtahanı keçirilir. Hər səviyyənin sonunda səviyyə imtahanı keçirilir.