Alman dili

Alman dili

Alman dili üzrə səviyyələr :

  • A1- Konkret ehtiyacları qarşılamağa yönlənmiş, çox sıx istifadə olunan ifadələri və sadə cümlələri anlaya və istifadə edə bilərsiniz.
  • A2- özünüzü və başqalarını tanıda bilərsiniz, başqalarına şəxsi suallar verə və bu cür sualları cavablandıra bilərsiniz (harada oxuduqları, kimləri tanıdıqları , nələri xoşladıqları və s.) . Qarşınızdakı yavaş, anlaşıqlı danışar və yardımçı olarsa onlarla bəsit ünsiyyət qura bilərsiniz.
  • B1- İş, təhsil və asudə vaxt kimi tanış mövzularda danışılanları ana xətləriylə anlaya bilərsiniz. Alman dilində danışılan bir çox yerlərdə səyahətlər zamanı qarşılaşdığınız əksər vəziyyətlərin rahatlıqla öhdəsindən gələ bilər, yaşadığınız təcrübə və hadisələri danışa bilərsiniz.
  • B2- Konkret və mücərrəd mövzulu mətnləri ana xətləriylə anlaya bilər, öz fəaliyyət sahənizlə əlaqədar debatları izləyə bilərsiniz. Ana dili almanca olan şəxslərlə hər hansı bir söhbəti rahat və axıcı şəkildə apara bilərsiniz, cümlə qurarkən heç bir çətinlik çəkməzsiniz. Güncəl bir mövzu haqqında şərh və idealarınızı irəli sürə bilərsiniz.
  • C1- Almanca akademik əsərləri, deyimləri anlaya bilərsiniz. Ətrafınızdakı hər şey və hər kəs haqqında geniş məlumat verə bilərsiniz.

Kursumuzda Telc və Goethe imtahanlarına hazırlaşa, eyni zamanda Almaniyada tibbi praktika xidmətindən də yararlana bilərsiniz. Alman dili kurslarımız bu dili öyrənmək və inkişaf etdirmək istəyən hər kəsə uyğun olub Avropa Dil Portfolyosu standartlarına uyğun olaraq 6 səviyyədən (A1, A2, B1, B2, C1, C2) ibarətdir. Hər səviyyənin materialları və proqramı o səviyyənin hədəflərinə uyğun olaraq tələbələrin sistemli bir şəkildə irəliləməsi və inkişaf etməsi üçün hazırlanmışdır. Dərslərimiz qrup şəklində və ya fərdi şəkildə həftədə 2 dəfə 1.5 saat olmaqla keçirilir. Qrupda 3-dən 6-a qədər adamlar ola bilir (qrupdakı tələbələrin sayına görə qiymət də dəyişir). İlk dərs ödənişsiz sınaq dərsidir. Hər ayın sonu ay üzrə keçirilmiş dərslərin imtahanı keçirilir. Hər səviyyənin sonunda səviyyə imtahanı keçirilir.