Gələcəyini Qur Layihəsi

Gələcəyini Qur Layihəsi

Gələcəyini Qur

“Gələcəyini Qur!” nədir?

“Gələcəyini Qur!” Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən və bir sıra yerli və xarici şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilən gəncliyə dəstək layihəsidir.

Layihənin məqsədi

Layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və tövhə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır.

Layihənin əhatəsi

Bakı: Binəqədi, Qaradağ, Sabunçu, Suraxanı, Xətai və Xəzər rayonları

Regionlar: Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar, Yevlax

Layihənin əsas fəaliyyət istiqamətləri

  • Ali Məktəbə intensiv hazırlıq:

Layihəyə seçilmiş şagirdlər ölkənin aparıcı ali təhsil məktəblərinə qəbul olmaları üçün 1 il ərzində xüsusi hazırlıq kurslarında bilik və bacarıq səviyyələrini yüksəldəcəklər. Layihə çərçivəsində dərslər Kainat Tədris Mərkəzi tərəfindən təşkil olunur.

  • Hərtərəfli inkişaf üçün müxtəlif tədbirlər:

Layihə müddətində şagirdlərin hər tərəfli fərdi inkişafı və karyeralarını planlaşdırmaları üçün müxtəlif təlimlər, ölkəmizin aparıcı universitetlərində seminarlar və təqdimatlar, özəl şirkətlərə və beynəlxalq sərgilərə səfərlər, uğur qazanmış gənc nəslin nümayəndələri ilə görüşlər və bənzər tədbirlər nəzərdə tutulmuşdur.

  • Psixoloji dəstək

Layihənin iştirakçıları individual və qrup sessiyalarında professional psixoloji dəstək alırlar

“Gələcəyini Qur!” layihəsi haqqında ətraflı məlumat üçün http://geleceyiniqur.az/az/

Layihənin cari, 6-cı ilində (2019-2020 tədris ili) iştirak edən gənclər
~300

Məzunlarımız: bu günə qədər layihədən yararlanmış gənclər
700+

Ali məktəblərə qəbul olmuş gənclər
650+