Sınaq imtahanları

2020-2021-ci tədris ilindən başlayaraq Kainat Tədris Mərkəzinin sınaq imtahanlarını Müstəqil Qiymətləndirmə Mərkəzi keçirir. Müstəqil Qiymətləndirmə Mərkəzinin təşkil etdiyi sınaq imtahanları və onlara qeydiyyat prosesi:

  • I-VIII siniflər üzrə mövzu və ümumi sınaq imtahanları
  • IX sinif Buraxılış fənləri üzrə sınaq imtahanları
  • X-XI sinif Buraxılış və Blok fənləri üzrə sınaq imtahanları
  • Magistraturaya hazırlaşanlar üçün sınaq imtahanları
  • Müəllimlərin İşə Qəbulu və Sertifikasiyası üzrə sınaq imtahanları
  • Dövlət Qulluğunun bütün kateqoriyaları üzrə sınaq imtahanları
  • Türkiyə universitetlərinə qəbulla bağlı (YÖS) sınaq imtahanları
  • Xarici dillər (İngilis, Rus, Fransız, Alman) üzrə səviyyə imtahanları
  • Bütün siniflər və fənlər üzrə quizlər

İmtahanlarda iştirak etmək üçün siz ilk növbədə şəxsi kabinetinizi yaratmalısınız. İmtahanla bağlı bütün proseslər (imtahanın əldə olunması, imtahanda iştirak, imtahan nəticələrinin əldə olunması, balansın artırılması və s.) şəxsi kabinetinizdə həyata keçiriləcəkdir. Bir şəxsi kabinetdən eyni zamanda bir neçə imtahan iştirakçısı istifadə edə bilər. Buna görə şəxsi kabinetinizdə imtahan iştirakçılarının profilləri yaradılmalıdır. Platformadan istifadə zamanı çətinlik çəkməməyiniz üçün bütün addımlarda sizi istifadə təlimatları müşayət edəcəkdir.

Şəxsi kabinetinizi yaratmaq üçün klik edin: https://mqm.az