IV ixtisas qrupu

IV ixtisas qrupu

IV ixtisas qrupu üzrə qəbul imtahanı abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq biologiya (nisbi əmsal:1,5), kimya (nisbi əmsal:1,5) və fizika (nisbi əmsal:1) fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərə hər fənn üzrə 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal nisbi əmsalı 1,5 olan fənlər üzrə 150 bal, nisbi əmsalı 1 olan fənlər üzrə 100 bal olmaqla, cəmi 400 baldır.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi  təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, bir il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsili müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir.  Qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, həmin ixtisaslar üzrə ali təhsilin dövlət standartları – bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər, bu ixtisaslara yiyələnmək üçün tələb olunan bilik, bacarıq və vərdişlər nəzərə alınmaqla beş qrupa bölünür.

Kainat Tədris Mərkəzində hazırlıq həftədə 3 dəfə, 18 saat olmaqla keçirilir. 8,9,10,11-ci sinif şagirdləri üçün nəzərdə tutulan abituriyent hazırlığı Kainat Tədris Mərkəzinin aşağıda göstərilən filiallarında mövcüddur: Mərkəz, Xətai, Lökbatan, Sahil, Xəzər, Xırdalan, Sumqayıt, Salyan, Şirvan, Zaqatala, Yevlax, Tərtər, Kürdəmir, Ucar filialları. Dərslər yeni təhsil sənədləri (Kurikulum) əsasında hazırlanmış proqramlarla keçirilir. Abituriyentlər müxtəlif dərs vəsaitləri ilə təmin edilir. Hər ay mütəmadi olaraq sınaq imtahanları təşkil edilir.

Hər il aprel-may aylarında kursumuza qəbul imtahanı keçirilir ki, bu imtahanlarda nəticələri yüksək olan tələbələr onlar üçün nəzərdə tutulmuş müəyyən güzəştlərdən yararlana bilər.

«  Kainat Tədris Mərkəzinə qəbul imtahanında keçirilən ballara görə güzəşt faizlərimiz »:

1-ci yer – 100%
2-ci yer – 70%
3-cü yer – 50%

Kainatdasansa, uğur qaçılmazdır!