Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə ödənişsiz təhsil...

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə ödənişsiz təhsil...

Vətən hər birimiz üçün canımızdan dəyərlidir. Belə öyrəndik, belə inandıq. Ağsaqqalından körpəsinə - hər kəsin belə düşündüyünü gördük, yaşadıq. Düşmən tapdağından azad olunan hər qarış Vətən torpağı üçün əzizlərimiz - əsgərlərimiz gözlərini qırpmadan canlarından keçdilər. Bitdi. Qürurla yanaşı ürəklərdə nisgil də yerini aldı. Yalnız son müharibədə 2783 can. 2783 ömür. O canların ata-anaları, bacı-qardaşları, övladları həyatlarında hər zaman bir kəsir, boşluq hiss edəcəklər. Elədiyimiz o boşluğu doldurmaz, bilirik. Sadəcə "Yanınızdayıq, ağrı-acınıza şərikik." demək istəyirik. İzin versəniz, minnətdar olarıq.