Kainat Tədris Mərkəzinin 10-11-ci sinif abituriyentləri ADİU-nun (III korpus) qonağı oldular

slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide

Kainat Tədris Mərkəzinin I və V ixtisas qrupu üzrə hazırlaşan və xüsusi istedadı ilə seçilən abituriyentləri UNEC-in texniki və texnoloji ixtisaslarının tədris olunduğu 3 saylı binada olublar.

Abituriyentlərlə görüşən Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov və Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov onlara fakültə və ixtisaslar barədə ətraflı məlumat veriblər. Həmçinin UNEC-in xarici universitetlərlə ikili diplom, UDİD, minor, beynəlxalq mübadilə proqramları, xüsusi təqaüd imkanları və digər üstünlüklərindən danışıblar. Görüşdə abituriyentləri maraqlandıran suallar da cavablandırılıb.

Sonra abituriyentlər üçün infotur təşkil olunub. Onlar müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, laboratoriyalar, kitabxana, idman zalı, tələbə yeməkxanası, eləcə də universitetin digər inzibati və tədris məkanları ilə tanış olublar. Xüsusi istedadı ilə fərqlənən abituriyentlərə "Dizayn" ixtisası üzrə təhsil alan tələbələrin tədris prosesini izləmək imkanı da yaradılıb.