Kəmalə Hacıyeva

Kəmalə Hacıyeva

Hacıyeva Kəmalə İsa qızı 1983-cü il 12 dekabr tarixində Zaqatala rayonunda
anadan olmuşdur. 1989-cu ildə Aşağı Tala 5 saylı tam orta məktəbə daxil olmuş,
2000-ci ildə həmin məktəbdən məzun olmuşdur. 2002-ci ildə Azərbaycan
Beynəlxalq Universitetinin Tarix və ictimaiyyət fakültəsinə daxil olmuş, 2007-ci
ildə həmin universitetdən məzun olmuşdur. Həmin ildən bugünədək İsmayıl
Səmədov adına Zaqatala şəhəri 5 saylı tam orta məktəbdə Tarix müəllimi və eyni
zamanda fənn birləşmə rəhbəri vəzifəsində çalışmaqdadır. Dövlət İmtahan
Mərkəzinin imtahan nəzarətçisidir. 2019-cu ildən etibarən Kainat Tədris Mərkəzinin
Zaqatala filialının abituriyent şöbəsinin meneceri olaraq fəaliyyət göstərir. Ailəlidir,
2 övladı var.