Zülbalayeva Nahidə

Zülbalayeva Nahidə

Zülbalayeva Nahidə Rasif qızı 08.07.1994-cü il tarixində Quba şəhərində anadan olub. 2000-ci ildə Quba şəhər 4 saylı tam orta məktəbə daxil olub, 2011-ci ildə həmin məktəbi bitirib. 2012-ci ildə Azərbaycan Universitetinin “Riyaziyyat və İnformatika müəllimliyi” ixtisasının bakalavr pilləsinə daxil olmuşdur. Həmin ili Bakı Dövlət Universitetinin “Komputer Elmləri” ixtisasının magistr pilləsinə daxil olmuşdur. Bu illərdə Avantaj Təhsil Mərkəzi, Hədəf kursları adlı təhsil mərkəzlərində İnformatika və Məntiq müəllimi kimi fəaliyyət göstərmişdir. 2018-ci ildə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində “Qeydiyyat və Sahibkarlarla iş” sektorunda məsləhətçi kimi fəaliyyətə başlamışdır. Hal hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında İnformatika müəllimi kimi fəaliyyət göstərir. 2020-ci ildən Kainat Tədris Mərkəzinin Quba filialının rəhbəri vəzifəsində çalışır.