Ağakişiyev Ruslan - Binə filialının rəhbəri

Ağakişiyev Ruslan - Binə filialının rəhbəri

Ağakişiyev Ruslan Xanlar oğlu 23.09.1991-ci ildə Oğuz rayon Xaçmaz kəndində anadan olmuşdur. 1998-2009-cu illərdə Oğuz şəhər Emin Abdullayev adına 2 saylı tam orta məktəbdə təhsil almış, 2009-2012-ci illərdə Şəki Dövlət Texnologiya kollecində “Yol hərəkətinin təşkili və təkmilləşdirilməsi” ixtisasında təhsilini davam etdirmişdir. 2016-2020-ci illərdə Azərbaycan Universitetində Tarix fakültəsində təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2020-2021-ci illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetində “Tarix müəllimliyi” üzrə ixtisas artırma təhsili almışdır.

 2012-2017-ci illər ərzində tikinti sahəsində Topoqraf vəzifəsində, 2020-2021-ci illərdə isə Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsində çalışmışdır. 2021-ci ilin dekabr ayında Kainat Tədris Mərkəzinin Binə filialının rəhbəri vəzifəsinə təyin olunmuşdur.