Mehdiyeva Səfurə

Mehdiyeva Səfurə

Mehdiyeva Səfurə Qismət qızı 18. 07. 1969 cu ildə  Salyan rayonun Yolüstü kəndində anadan olmuşdur. 1976-86-cı illərdə Yolüstü kənd orta məktəbində, 1988-93-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil almışdır. 1993-94-cü illərdə Yolüstü kənd orta məktəbində riyaziyyat müəllimi, 1994-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnistitunda elmi işçi, 2006-2008 ci illərdə Azərbaycan Dillər Universitetində, 2009-2011-ci illərdə isə Kainat Tədris mərkəzində informatika müəllimi işləmişdir. 2015-ci ildən etibarən Kainat Tədris mərkəzinin Xətai filialının rəhbəri vəzifəsində çalışır.