Cavidan Babayev

Cavidan Babayev

Babayev Cavidan Etibar oğlu 03.08.1998-ci ildə Azərbaycan Respublikası Şəki şəhərində anadan olmuşdur. 2004-2015-ci illərdə Şəki şəhər 18 saylı orta məktəbdə, 2015-ci ildən etibarən Sumqayıt Dövlət Universiteti və 2016-cı ildən UNEC nəznində SABAH qruplarında Mühasibat uçotu və audit üzrə bakalavr təhsilinə başlamışdır. 2018-ci ildə Almaniya Bethel Universitetində distant bakalavr təhsilini əlavə olaraq davam etdirmişdir. 2019-2021-ci illərdə UNEC Beynəlxalq magistratura və doktorantura şöbəsində magistr təhsilini almış, 2020-ci ildə UC California Davis Universiteti üzərindən Data analitika (Data science) təhsilini almışdır. 2021-ci ildən etibarən Mühasibat uçotu və audit üzrə doktorantura təhsilinə başlamışdır. 2019-cu ildən Kainat Tədris Mərkəzinin Sumqayıt, Yasamal və Nərimanov filiallarında müəllimlik fəaliyyətinə başlamışdır. Hazırda Nərimanov filialında işini davam etdirməkdədir.