Elimxan Əliyev

Elimxan Əliyev

Əliyev Elimxan Nazim oğlu 16.06.1999-cu ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 2005-2016-cı illərdə Bakı şəhərinin 85 saylı tam orta məktəbində, 2016-2020-ci illərdə Azərbaycan Universitetinin Biznes və İqtisadiyyat fakültəsində təhsil almışdır. Hazırda həmin universitetdə MBA təhsilini davam etdirirdi. 2020-ci ildən 2021-ci dekabr ayınadək Kainat Tədris Mərkəzinin N.Nərimanov filialında İngilis dili müəllimi vəzifəsində çalışırdı.

Çox təəssüf ki, 2021-ci il dekabr ayının 26-da dəyərli müəllimimiz vəfat etdi. Kainat ailəsi adından müəllimimizin ailəsinə başsağlığı verir, Allahdan səbir diləyirik!