Aysel Zeynalov

Aysel Zeynalov

Zeynalov Aysel Həsən oğlu 1973-cü il 21 iyun tarixində Ermənistan Respublikasının Zəngibasar (Masis) rayonu Sərvanlar kəndində anadan olmuşdur. 8-ci sinifə kimi Sərvanlar kənd tam orta məktəbində oxumuşdur. 1988-ci ildən-9-cu sinifdən Bakı şəhəri Xətai rayon 95 nömrəli tam orta məktəbində təhsil almışdır. 1990-cı ildə həmin məktəbi bitirib Azərbaycan Dövlət Pedaqoji Universitetin Riyaziyyat fakültəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra Universitetin hazırlıq kursunda çalışmışdır. Hal-hazırda Ucar rayon Qarabörk kənd tam orta məktəbində Riyaziyyat müəllim vəzifəsində işləyir. 2019-cu ildən isə Kainat Tədris Mərkəzinin Ucar filialında  Riyaziyyat müəllimi işləyir.