Fəxriyyə Əsədli

Fəxriyyə Əsədli

Fəxriyyə Vəfadar qızı Əsədli 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2002-2013-cü illərdə Bakı şəhəri 61 saylı tam orta məktəbdə təhsil almışdır. 2013-cü  ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin Kompyuter Elmləri ixtisasına daxil olmuşdur. 2014-cü ildən isə eyni universitetin kompyuter elmləri ixtisası üzrə SABAH qruplarında təhsil almağa başlamışdır. 2017-ci ildə bakalavr təhsilini bitirmiş və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin Tətbiqi Riyaziyyat ixtisaslaşdırması üzrə magistr təhsili almışdır. Buradan 2019-cu ildə məzun olmuşdur. 2020-ci ildən isə Kainat Tədris Mərkəzində magistr dərəcəsini almaq üçün tələbələrə İnformatika üzrə təhsil verir.