Fazil Zəkəriyayev

Fazil Zəkəriyayev

Zəkəriyayev Fazil Mirzağa oğlu 22.12.1983-cü ildə Rusiya Federasiyası Saratov şəhərində anadan olmuşdur. 1990-2001-ci illərdə Astara rayon Pensər kəndi 2 saylı tam orta məktəbində, 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil almışdır. 2006-2009-cu illərda Astara rayon Şümrüd kənd orta məktəbində, 2009-2012-ci illər arasında Astara Pedaqoji Texnikumunda va Astara 4 saylı məktəbdə Fizika müəllimi işləyib. 2017-ci ildən etibarən Kainat Tədris Mərkəzində Fizika müəllimi olaraq fəaliyyətini davam etdirir.