Günel Şükürova

Günel Şükürova

Mən, Şükürova Günel Səhrab qızı, 1987-ci il 17 yanvar tarixində Bakı şəhərində anadan olmuşam. 1993-cü ildə Sabirabad rayon 2 saylı orta məktəbin I sinifinə daxil olub, 2004-cü ildə həmin məktəbi bitirmişəm. 2005-ci ildə Bakı Slavyan Universitetinin Filologiya fakültəsinə qəbul olub, 2009-cu ildə həmin Universiteti bitirmişəm. 2013-2018-ci illərdə Yeni Şəfəq Tədris Mərkəzində Azərbaycan dili və Ədəbiyyat müəllimi olaraq çalışmışam. 2018-ci ildən Kainat Tədris Mərkəzinin Sahil filialında Azərbaycan dili müəllimi kimi çalışıram.