Əsmər Aslanova

 Əsmər Aslanova

 Əsmər Əlibala qızı Aslanova  05.11.1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-2009-cu illərdə Bakı şəhəri 273 saylı tam orta məktəbində təhsil almışdır. 2007-ci ildə məktəblilərin fənn olimpiadasında Azərbaycan dili və Ədəbiyyatı fənnindən 1-ci yeri tutmuşdur. 2009-cu ildə  Azərbaycan Dillər Universitetinin 1 №li ingilis dili  fakültəsinə daxil olmuş, 2013-cü ildə xarici dil müəllimliyi (ingilis dili müəllimi) ixtisası ilə ali təhsilini bitirmişdir. Universitet illərində ali təhsil müəssisələri üçün təsdiq olunmuş tədris planına uyğun olaraq “Mülki müdafiə üzrə Tibbi biliklərin əsasları” proqramını yerinə yetirmiş və tibb bacısı ixtisası dərəcəsini almışdır. 2013-cü ildə Caspian Support Solutions (CSS ltd) adlı şirkətdə administrator vəzifəsində çalışmışdır. 2014-2018-ci illərdə  Avrasiya Tədris Mərkəzində ingilis dili müəllimi vəzifəsində çalışmışdır. 2018-ci ildə Yeni Şəfəq Tədris Mərkəzində ingilis dili müəllimi vəzifəsində çalışmışdır. 2018-ci ildən 2021-ci ilə kimi Bakı Humanitar Kollecində psixoloq vəzifəsində çalışmışdır. 2019-cu ildən indiyə kimi Kainat Tədris Mərkəzində ingilis dili müəllimi vəzifəsində çalışır. Müxtəlif vaxtlarda ingilis dilinin tədrisi,  Praktik klinik psixologiya kursunu uğurla başa vurması, “II Psixoloji baxış” simpoziumunda iştirakına görə sertifikatlara layiq görülmüşdür.