Əlizadə Mehriban

 Əlizadə Mehriban

Mən, Əlizadə Mehriban Bakir qızı 1998-ci ildə Bakı şəhərində dünyaya gəlmişəm. 2006-cı ildə 58 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 11-ci sinif məzunu olmuşam. Ümumi orta və tam orta təhsilimi fərqlənmə attestatı ilə bitirmişəm. 2017-ci ildə DİM-in həyata keçirdiyi qəbul imtahanında 615 bal toplayaraq Bakı Dövlət Universitetinin Dövlət və İctimai Münasibətlər ixtisasının bakalavr təhsil pilləsinə qəbul olmuş, 2021-ci ildə 90 ÜOMG ilə bitirmişəm. 2021-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin Təşkili və İdarəedilməsi fakültəsinin Ümumi təyinatlı ixtisasının magistr təhsil pilləsinə qəbul olmuşam və hazırda təhsilimi davam etdirirəm.

2018-ci ildə F1, 2019-cu ildə EYOF yarışlarında, DOST Agentliyində könüllü kimi, 2020-2021-ci illərdə EMG MMC-də təcrübəçi və qrafik dizayner kimi fəaliyyət göstərmişəm. 2021-ci ildə Kainat Tədris Mərkəzinin təşkil etdiyi imtahan, müsahibə və təcrübə proqramından uğurla keçərək həmin kursa Azərbaycan dili fənni üzrə müəllim kimi qəbul olmuşam və hazırda işimi davam etdirirəm.