Ceyhunə Əsgərova

Ceyhunə Əsgərova

Əsgərova Ceyhunə Vaqif qızı 6 iyun 1979-cu ildə Yevlax rayonu Qaraməmmədli kəndində doğulmuşdur. 1985-1996–cı illərdə Qaraməmmədli kənd orta məktəbində təhsil almışdır. 1996-2001-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini davam etdirmişdir. 1999-cu ildən 2007-ci ilə kimi Qaraməmmədli kənd orta məktəbində, 2007–ci ildən bu günə kimi Yevlax rayon Aran qəsəbə 2Nli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində çalışır. 2017-ci ildən Kainat Tədris Mərkəzinin Yevlax rayon filialında Azərbaycan dili müəllimi işləyir.