Rəhimova Nuranə

Rəhimova Nuranə

Rəhimova Nuranə Elman qızı 26.02.1970–ci il tarixində Yevlax şəhərində anadan olmuşdur. 1977-ci ildə Yevlax şəhər 1N-li orta məktəbin 1-ci sinfinə getmişdir. 1987–ci ildə həmin məktəbi bitirib. 1989-1995–ci ildə BDU–nin Biblioqrafiya fakültəsini bitirmişdir. 1996–cı ildən Yevlax şəhər 9 saylı tam orta məktəbdə Tarix müəllimi işləyir. 2017-ci ildə təhsil sahəsində fəaliyyətinə görə Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunmuşdur. Təhsil fəaliyyətinin dövründə 6 nəfər şagirdi Respublika fənn olimpiadasının final mərhələsində iştirak edib və bir şagirdi 2 dəfə gümüş medal sahibi olub. 2017-ci ildən Kainat Tədris Mərkəzinin Yevlax filialında Tarix müəllimi işləyir.