Məmmədova Arifə

Məmmədova Arifə

 Məmmədova Arifə Nuh qızı 1967-ci il iyulun 20–sində Yevlax şəhərində anadan olmuşdur.1974-cü ildə Yevlax şəhər 2N-li tam orta məktəbin 1–ci sinfinə qəbul olmuşdur. 1984-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirib. 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur. 1989-cu ildə həmin Universitetin Fizika və Riyaziyyat fakültəsinini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən də Yevlax şəhər İ.Nəsimi adına 3N-li tam orta məktəbdə müəllim işləyir. 2009-cu ildə  Milli Elmlər Akademiyasının Fizika İnistitunda aspirant olmuşdur. Bir neçe elmi məqalənin müəllifidir. Ailəlidi,iki övladı var. 2017-ci ildən Yevlax şəhər Kainat Tədris Mərkəzində Fizika müəllimi olaraq işləyir.