Kərimova Tahirə

Kərimova Tahirə

 Kərimova Tahirə Oruc qızı 28.05.1961–ci ildə Azərbaycan Respublikası Bərdə rayonu Mirəssəbli kəndində anadan olmuşdur. 1968-1978–ci illərdə Bərdə rayonu Saatlı kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1982-1987–ci illərdə SSRİ–nin 50 illiyi adına APXDİ–nin İngilis dli fakültəsini İngilis-Fransız dili ixtisası üzrə fərqləmə diplomu ilə bitirib. 1987–ci ildən Yevlax rayonu Malbinəsi kənd tam orta məktəbində İngilis dili müəllimi və 1996-cı ilə qədər həmin məktəbdə tədris işləri üzrə direktor müavini işləyib. 1996-cı ildən, bu günə qədər Yevlax rayonu 9 saylı məktəbdə 4 il tədris işləri üzrə direktor müavini işləyib. 2012-ci ildə Yeni fənn kurikulumunun tətbiqi üzrə kursda 1-ci dərəcəli sertifikat, 2013–cu il Birtish Counsil və Təhsil Nazirliyinin 21-ci əsr müəllimi sertifikatına, 2014-cü il British Petrolunun dəstəyi və Təhsil Nazirliyinin Pilot Proqramı kursunu müvəffəqiyyətlə başa vurmuşdur. 2016–cı ildə Az ETA-nın Mingəçevirdə keçirilən konfransında iştirak edərək Sertifikat almışdır. 2017 və 2018-ci illərdə British Petrolu tərərfindən, British Counsil və Təhsil Nazirliyinin keçirdiyi Müəllimlərin ingilis dili bacarığı və icma üzvlərinə ingilis dili öyrətmə kursunda fəal iştirak edərək Sertifikat almışdır. Dəfələrlə rayon icra hakimiyyəti və Təhsil şöbəsi tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur. 2 ildir ki Yevlax şəhərində Kainat Tədris Mərkəzinin filialında İngilis dilindən dərs deyir və bundan qürur duyur.