Həsənova Tünzalə

Həsənova Tünzalə

Həsənova Tünzalə Əli qızı 24.06.1971-ci ildə tarixində Azərbaycan Respublikasının Yevlax şəhərində anadan olmuşdur. 1979-1989–cu illərdə Yevlax şəhər İ.Nəsimi adına 3N-li tam orta məktəbdə, 1989-1994-cü illərdə Azərbaycan Texniki Universitetinin Avtomatika və İdarə edilməsi fakültəsində təhsil almışdır. 1995-ci ildən bu günə qədər Yevlax şəhər İ.Nəsimi adına 3N-li tam orta məktəbdə İnformatika və Riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. 2018-2019–cu tədris ilindən Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Təhsil İnistutunun xəttiylə müxtəlif təlimlərdə təlimçi olaraq çalışmışdır. 2019-cu ildən TN-nin Yevlax şəhəri üzrə təhsil meneceri kimi fəaliyyət göstərir. 2017-ci ildən Yevlax şəhər Kainat Tədris Mərkəzində Riyaziyyat müəllimi kimi çalışır.