Ayşən Ağayeva

Ayşən Ağayeva

Ayşən Ağayeva Elşən qızı 19 iyul 1996-cı ildə Yevlax şəhərində anadan olmuşdur. 2003-cü il Yevlax şəhər 5 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2014-cü il həmin məktəbi tərifnamə ilə bitirmişdir. 2015-ci il Gəncə Dövlət Universitetinin Azərbaycan dili və Ədəbiyat müəllimliyi fakültəsinə daxil olmuşdur. 2019-cu ildə həmin universiteti bitirmişdir. 2020-ci il yanvar ayında Yevlax şəhər 8 saylı tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişdir. 2020-ci il 16 noyabr tarixindən etibarən Kainat Tədris Mərkəzinin Yevlax filialında Azərbaycan dili müəllimi olaraq işə başlamışdır.