Aslanov Səyyar

Mən Aslanov Səyyar Qəflan oğlu, 16 iyul 1957-ci ildə Hacıqabul rayonu Muğan qəsəbəsində anadan olmuşam. 1964-1972-ci illərdə Muğan qəsəbə ümumi orta məktəbdə 8-ci sinifi bitirmişəm. 1972-1974 – cü illərdə Şamaxı rayonu Cəyirli kənd tam orta məktəbində 10-cu sinifi bitirmişəm. 1974-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakultəsinə qəbul olmuşam. 1979-cu ildə universiteti bitirmişəm. 1979-1982-ci illərdə təyinat üzrə Azərbaycan Dövlət Elmlər akademiyasının Fiziki Kimya universitetində baş lobarant kimi fəaliyyət göstərmişəm. 1982-1983-cü illərdə Azərneft birliyinin carlı kəşfiyyat qazma idarəsində mühəndis işləmişəm.
1983-1987-ci illərdə Əli bayramlı şəhər cihazlar zavodunda mühəndis işləmişəm. 1987-2022-ci illərdə Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbində kimya müəllimi işləmişəm. 2022-ci ildə orta məktəbdən təqaüdə çıxmışam. 2022-ci ildə hal-hazıra kimi Kainat tədris mərkəzində kimya müəllimi işləyirəm.
Həyat yoldaşım: Aslanova Kamilə Sabir qızı 1961-ci il təvəllüdlüdür. Evdar qadındır.
Oğlum: Aslanov Pərviz Səyyar oğlu 15.11.1984-cü ildə anadan olub. Evlidir.
Oğlum: Aslanlı Qəflan Səyyar oğlu 25.08.1997-ci ildə anadan olub. Evlidir.
Qızım: Nuriyeva Aynurə Səyyar qızı 25.05.1982-ci ildə anadan olub. Evlidir.