Quliyeva Nigar

Quliyeva Nigar

Mən Quliyeva Nigar Elçin qızı 30 yanvar 2000-ci ildə Salyan şəhərində anadan olmuşam. Orta təhsilimi 2006-2017-ci illərdə Salyan şəhəri Yusif Qasımov adına 4 saylı tam orta məktəbdə almışam.Ali təhsilimi 2017-2021-ci illərdə bakalavr səviyyəsi üzrə Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakultəsində Riyaziyyat müəllimliyi ixtisası üzrə almışam.Magistr təhsilimi də Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakultəsində Riyaziyyat ixtisası üzrə almışam.Hal-hazırda Həsən Şahbazov adına Kərimbəyli kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi işləyirəm. 01.09.2025-ci il tarixindən Kainat Tədris Mərkəzinin Salyan filialında riyaziyyat müəllimi kimi işləməyə başlamışam.