Rzayeva Aygün

Rzayeva Aygün

Mən Rzayeva Aygün Əlirza qızı 1999-cu il sentyabrın 26-da Neftçala rayonunun Cəngən kəndində anadan olmuşam. 2005-ci ildə Neftçala rayonu C.Əhmədov adına Cəngən kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam, 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirərək, Bakı Dövlət Universitetinin Filologiya fakultəsinin  Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olmuşam. 2020-ci ildə universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr üzrə Pedaqogika nəzəriyyəsi və tarixi ixtisasına qəbul olmuşam.2022-ci ildə ildə universiteti bitirmiş, 2023-cü ildə keçirilən MİQ imtahanında uğur qazanaraq Neftçala rayonu Aşağı Surra kənd E.Rəhmanov adına ümumi orta məktəbdə pedaqoji fəaliyyətə başlamışam. Artıq iki ildir həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıram.
2025-ci il sentyabrın 1-indən Kainat Tədris Mərkəzinin Salyan filialında çalışıram.