Xəlilova Ülviyyə

Xəlilova Ülviyyə

 

 Xəlilova Ülviyyə Əlimirzə qızı 1986-cı il 16 fevralda anadan olmuşam. 1994-cü ildə Əli Bayramlı indiki Şirvan şəhər 16№ tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşam. 2004-cü ildə “Azərbaycan Dillər Universitet”- ə qəbul olmuşam. 2008-ci ildə həmin universiteti bitirib, həmin ildə də Şirvan şəhər “ Humanitar Kollec”- ə ingilis dili müəllimi vəzifəsinə qəbul olmuşam. 2009-cu ildə öz ərizəmlə işdən ayrılmışam. 2015-ci ildə müəllimlərin işə qəbul imtahanında iştirak etmişəm 60 baldan 48 bal toplayaraq Lerik rayon Aranlı kənd tam orta məktəbinə işə qəbul olmuşam. 2019-cu ildə yenidən MİQ imtahanında iştirak edib Sabirabad rayon Yenikənd tam orta məktəbinə ingilis dili müəllimliyinə qəbul olmuşam. 2024-cü ildə MİQ imtahanında iştirak edib 100-dən 82 bal toplayaraq Şirvan şəhər 1 saylı tam orta lisey-məktəbinə işə qəbul olmuşam. Hal-hazırda “Kainat Tədris Mərkəzi”- də ingilis dili müəlliməsi kimi fəaliyyət göstərirəm.