Əskərova Aygün

Əskərova Aygün

 

Mən Əskərova Aygün Ələsgər qızı 23 fevral 1992-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuşam. 2009-cu ildə Salyan rayonunun Cəlal Məmmədov adına tam orta məktəbini bitirərək, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İnformatika müəllimliyi ixtisasına qəbul olmuşam. 2013-cü ildə 4 illik bakalavr təhsilimi bitirdikdən sonra, elə həmin ili MİQ imtahanında iştirak edərək Şirvan şəhəri Sadıq Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində informatika müəllimi vəzifəsinə qəbul oldum. 12 ildir fəaliyyət göstərdiyim bu məktəbdə eyni zamanda informatika, rəqəmsal bacarıqlar və STEAM fənnlərini də tədris edirəm.  Hal- hazırda da “Kainat Tədris Mərkəz”-də informatika müəllimi kimi fəaliyyət göstərirəm.