Məcidova Nübar

Məcidova Nübar

Mən, Məcidova Nübar Zahid qızı, 30 Noyabr 1987-ci ildə Quba şəhərində anadan olmuşam.

1994-cü ildə Quba şəhəri Ağbil kənd tam orta məktəbinin I sinfinə daxil olmuşam. VI sinifdən isə təhsilimi Texniki Təmayüllü Liseydə davam etdirmişəm. 2003-cü ildə Bakı Sənaye-Pedaqoji Kollecinin ingilis dili müəllimliyi ixtisasına qəbul olunmuş, 2007-ci ildə oranı bitirmişəm. 2008-ci ildə Quba şəhər 5 nömrəli tam orta məktəbində əmək fəaliyyətimə başlamışam. Daha sonra Peşə Liseyində və Ağbil kənd tam orta məktəbində ingilis dili müəllimi işləmişəm.Bundan əlavə, Kainat Tədris Mərkəzində fəaliyyət göstərirəm, həmçinin bilik və bacarıqlarımı artırmaq məqsədilə Bakı İntellektual Kurslarında iştirak etmişəm. Hal-hazırda Quba şəhəri Hikmət Hüseynov adına 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə ingilis dili müəllimi işləyirəm. Sertifikasiya imtahanından uğurla keçmişəm.