Xalidova Səbinə

Mən, Xalidova Səbinə İlham qızı, 1997-ci il yanvar ayının 15-də Xaçmaz rayonunda anadan olmuşam. Azərbaycanlıyam.
2004-cü ildə Xaçmaz şəhəri İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşam. 2009-cu ilə qədər həmin məktəbdə təhsil almışam. 2009–2014-cü illərdə Xaçmaz şəhəri Zərifə Əliyeva adına 8 nömrəli tam orta məktəbdə oxuyaraq tam orta məktəbi bitirmişəm.
2014-cü ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə (ingilis dilli tədris proqramı üzrə) qəbul olunmuş və 2018-ci ildə ali təhsili başa vurmuşam.
Əmək fəaliyyətimə 2013-cü ildə başlamışam:
• 2013–2014-cü illərdə Hədəf Kursları (Azadlıq filialı) – fizika müəllimi.
• 2019–2021-ci illərdə Express Təhsil Mərkəzi (Quba filialı) – ingilis dili müəllimi.
• 2020–2022-ci illərdə Kainat Tədris Mərkəzi (Quba filialı) – ingilis dili müəllimi.
• 2023–2025-ci illərdə AQTİ Xaçmaz filialı laboratoriyasında nümunə mütəxəssisi.
• 2014-cü ildən bu günədək fərdi qaydada repetitorluq fəaliyyəti ilə də məşğul olmuşam.
• Hal-hazırda Kainat Tədris Mərkəzində çalışıram.