Miriyeva Rübabə

Miriyeva Rübabə

Mən Miriyeva Rübabə Sadiq qızı 1997-ci il 16 avqust tarixində Bakı şəhərində anadan olmuşam. 2003-2014-cü illərdə Salyan rayonu Yavər Qafarov adına 8 saylı tam orta məktəbdə təhsil almışam. 2014-2018-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bakalavr təhsili almışam. 2018-2020-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistr dərəcəsi almışam. 2021-2022-ci illərdə 5 aylıq Kürqaraqaşlı kənd tam orta məktəbində müəllim kimi fəaliyyət göstərmişəm. 2024-cü ildən Neftçala rayonu Mirzəqurbanlı kənd ümumi orta məktəbində müəllim kimi çalışıram. 2025-ci il 1 sentyabr tarixindən Kainat tədris mərkəzinin Neftçala filialında Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərirəm.