Mirzəyeva Təranə

Mirzəyeva Təranə

Təranə Almirzə qızı Mirzəyeva 1973-cü ildə Cəlilabad rayonunda anadan olmuşam. 1980-ci ildə Nizami Gəncəvi adına 1 saylı orta məktəbin 1-ci sinfinə daxil olub, 1990-cı ildə həmin məktəbin məzunu olmuşam.

1990-cı ildə Azərbaycan Dövlət Dillər Universitetinin ingilis dili fakültəsinə daxil olub, 1995-ci ildə fərqlənmə diplomu ilə universiteti bitirmişəm.

Yenidən öz doğma rayonuma qayıdıb ilk təhsil aldığım Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyətə başlamışam. Eyni zamanda Astara pedaqoji kollecinin Cəlilabad filialında da çalışmışam.

30 ildir ki, müəllim kimi çalışıram, sevə-sevə bu fənni tədris edirəm. Fərqli seminarlarda, forumlarda, təlimlərdə iştirak etmişəm. Diaqnostik balım 56, bu il kecirilen sertifikasiya imtahanından isə 53 bal toplamışam. Hazırda Kainat Tədris Mərkəzində Müəllim kimi fəaliyyət göstərirəm