Ağamirzəyev Fərmail

Ağamirzəyev Fərmail

Ağamirzəyev Fərmail Ərşad oğlu. 10.05.1996-cı ildə Saatlı rayon Bəylər kəndində anadan olmuşam. 2002-ci ildə Saatlı rayon Sərvan Ağamirzəyev adına Bəylər kənd ümumi orta məktəbə daxil olmuşam. Burada 5 il təhsil aldıqdan sonra, qalan təhsilimi Mehdi Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbində davam etdirmişəm. 2013-cü ildə orta məktəbi bitirmişəm. 2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsinə daxil olmuşam. 2017-ci ildə bitirmişəm. 15.09.2020-ci il tarixindən Saatlı rayon Məzrəli kənd tam orta məktəbində Riyaziyyat müəllimi kimi fəaliyyət göstərirəm. 09.09.2024 cü il tarixindən Kainat Tədris Mərkəzinin Sabirabad filialında Riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışam.