Bəşirov Urfan

Bəşirov Urfan

Urfan Əmrah oğlu Bəşirov 1997-ci ildə Lerik rayonunun Bradi kəndində anadan olmuşam. 2003-cü ildə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin 218 nömrəli tam orta məktəbinə daxil olmuş və həmin məktəbi 2014-cü ildə bitirmişəm. Elə həmin ildə də Bakı Dövlət Universitetinin Fizika fakultəsinə daxil olmuşam. 2020-ci ildə Bakı Dövlət Universitetinin bakalavr pilləsini bitirmişəm.

   2018-2020-ci illərdə hərbi xidmətdə olmuşam. 2020-2021-ci illərdə “OBA Market”də satıcı və baş satıcı vəzifələrində çalışmışam. 2021-ci ilin oktyabr ayından “Hədəf Kursları”nda Fizika müəllimi vəzifəsində işləyirəm. Hazırda Kainat Tədris Mərkəzində Fizika müəllimi kimi fəaliyyət göstərirəm

   Atam - Əmrah Şahan oğlu Bəşirov 1971-ci ildə Lerik rayonunun Bradi kəndində anadan olmuşdur. Baş mühasib və market rəhbəri vəzifələrində çalışıb və hazırda işləmir.

   Anam - Mehriban Babəli qızı Babayev 1977-ci ildə Lerik rayonunun Bradi kəndində anadan olmuşdur. “Heydər Əliyev adına Beynəlxalq Hava Limanı”nda təmizlik şirkətində növbə rəisi vəzifəsində işləyir.

  Qardaşım - Burhan Əmrah oğlu Bəşirov 1999-cu ildə Lerik rayonunun Bradi kəndində anadan olmuşdur. Hazırda “Kapital Bank”da kredit mütəxəssisi vəzifəsində işləyir.