Qasımova Mahinur

Qasımova Mahinur

Mahinur Anar qızı Qasımova 2003-cü ildə Bakı şəhərində Sabunçu rayonunda anadan olmuşam. 2009-cu ildə Sabunçu rayonu 67№-li tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam və həmin məktəbi 2020-ci ildə bitirmişəm.

        2020-ci ildə Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakultəsinin xarici dil (ingilis) müəllimliyi ixtisasına daxil olmuşam və 2024-cü ildə həmin universitetdən məzun olmuşam.

        Universiteti bitirdikdən sonra müxtəlif yerlərdə təcrübə proqramlarında iştirak etmişəm,yerli və xarici müəllimlərdən ingilis dilinin tədrisi ilə bağlı təlimlər almışam və 28.03.2021-ci ildən etibarən isə Nərgiz Əliyeva adına tədris mərkəzində müəllim kimi çalışıram. 02.09.2024-cü ildən etibarən Kainat tədris mərkəzində ingilis dili müəllimi kimi fəaliyyət göstərirəm.

        Atam- Anar Oqtay oğlu Qasımov 1978-ci ildə Şəmkir rayonunda anadan olmuşdur.Pasha-k şirkətinə məxsus əczaxanada baş əczaçı vəzifəsində çalışır.

       Anam- Kəmalə Tofiq qızı Qasımova 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur.Həmin əczaxanada əczaçı olaraq fəaliyyət göstərir.

       Bacım -Flora Anar qızı Qasımova 2004-cü ildə Bakıda anadan olmuşdur.Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsidir.