Əliyev Hüseyn

Hüseyn Fariz oğlu Əliyev 2003-cü ildə Bakı şəhərində anadan olmuşam. 2009-ci ildə Xətai rayonu
Zaur Məmmədov adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam və həmin məktəbi 2020-ci ildə
bitirmişəm.
2020-ci ildə Azərbaycan Texniki Universitetinin İTT fakültəsinə bakalavr pilləsi üzrə daxil olmuş və daha
sonra 2021-ci ildə həmin universitetdə SABAH qruplarına daxil olmuşam. 2024-cü il həmin universiteti
bitirmişəm. 2024-cü ildə Azərbaycan Texniki Universitetinin Kibertəhlükəsizlik kafedrasının
Telekommunikasiya sistemlərinin informasiya təhlükəsizliyi ixtisasının magistr dərəcəsinə qəbul
olmuşam, hal-hazırda oxuyuram.
Taekwon-Do lTF üzrə qara kəmər, Beynəlxalq çempionluq, Avropa üçüncülüyü və bir çox Bakı birinciliyi.
Özəl şirkətdə təhsil koordinatoru olaraq çalışmışam, təhsil üzrə mentor olaraq fəaliyyət göstərmişəm.
Proqramlaşdırma ilə məşğul olub Code Academy Full-stack proqramlaşdırma bitirib bir neçə
proyektlərdə iştirak etmişəm, 40-dan çox könüllülük, təşkilati dəstək, koordinatorluq vəzifələrində
çalışmışam (İslam Əməkdaşlıq Təşkilatı, TeknoFest, Karate üzrə World Tour, F1, Veysəloğlu 30 illik
yubiley və s.) aktiv olaraq da təkliflər gəldikcə çalışıram. Kainat tədris mərkəzində informatika müəllimi
olaraq hal-hazırda çalışıram.
Atam- Fariz Fazil oğlu Əliyev. işsizdir.
Anam- Ruhəngiz Kərim qızı Əliyeva. Respublika Klinik xəstəxanasında əməliyyat tibb bacısı vəzifəsində
işləyir.
Bacım - Aysel Fariz qızı Əsgərova. Baş mühasib vəzifəsində işləyir, hal-hazırda evlidir.