Məmmədova Mədinə

Məmmədova Mədinə

Mədinə Əjdər qızı Məmmədova Yevlax şəhər Nizami adına 7 saylı tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib, 600 bal ilə Azərbaycan Dillər Universitetinin (Təhsil fakültəsi) Xarici dil müəllimiyi (İngilis dili üzrə) ixtisasına qəbul olub, bakalvr təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Magistratura pilləsində isə Bakı Dövlət Universitetinin Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş (Sosial elmlər və psixologiya fakültəsi) ixtisasını fərqlənmə ilə bitirmişdir.

    Kainat Tədris Mərkəzində İngilis dili müəllimi (abituriyent, magistratura, doktorantura, general english bölmələri üzrə) kimi çalışır.

    Bununla yanaşı MQM, OTK və DİM də abituriyent və magistratura səviyyələri üzrə açıq suallar və esse yoxlayıcısı olaraq fəaliyyət göstərir. Eyni zamanda, buraxılış, magistratura və doktorantura imtahanları üzrə sual tərtibatçısıdır.

     Əlavə olaraq Bakı Dövlət Universitetində Sosial Elmlər və Psixologiya fakültəsində Sosial iş kafedrasında müəllim kimi fəaliyyət göstərir.