Babayeva Röyanə

Babayeva Röyanə Şərif qızı 11 mart 1989-cu ildə Sabirabad rayonunun Bala Həşimxanlı kəndində ziyalı ailədə anadan olmuşam. 1994-cü ildə Bala Həşimxanlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşam. 2003-cü ildən təhsilimi Şirvan şəhər M.Osmanov adına tam orta məktəbdə davam etmişəm. 2005-ci ildə təhsilimi əla qiymətlərlə başa vuraraq Azərbaycan Universitetinin filologiya fakültəsinə daxil olmuş, 2009-cu ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişəm. 2017-ci ildə Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmiş və uğur qazanaraq daimi əsaslarla Hacıqabul rayonu Abdulabad kənd N. Rüstəmov adına tam orta məktəbə işə qəbul olmuşam.Artıq 7 ildir ki, həmin məktəbdə müəllim kimi fəaliyyət göstərirəm. Eyni zamanda 2021-ci ildən Şirvan şəhər Kainat Tədris mərkəzində də işləyirəm.