Qurbanova Sitarə

Qurbanova Sitarə

, Qurbanova Sitarə Səhrəd qızı 29 yanvar 2002-ci il Bakı şəhərində anadan olmuşam. 2007-ci il Bakı şəhəri, Suraxanı rayonu 104 nömrəli tam orta məktəbin 1ci sinifinə daxil olmuşam. 2017-ci ildə məktəb sayəsində “Gələcəyini qur “ layihəsi ilə tanış olub, 1 il ödənişsiz universitetə hazırlıq şansı qazanmışam. 2018-ci ildə həmin məktəbi bitirib, 514 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisasına daxil olmuşam. 2019cu ilin sentyabr ayından etibarən Müstəqil qiymətləndirmə mərkəzi’ndə “test tərtibçisi” vəzifəsində , elə həmin ilin oktyabr ayında Kainat tədris mərkəzində Riyaziyyat müəllimi olaraq də fəaliyyət göstərməyə başlamışam. 2023-cü ildə ixtisasımın bakalavr dərəcəsini başa vurub, magistratura imtahanından 81.5 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Menecment (Təhsilin təşkili və idarə olunması) ixtisasın qəbul olmuşam. Hal hazırda magistratura 1-ci kurs tələbəsiyəm və MQM-də  yoxlayıcı, KTM-da Riyaziyyat müəllimi olaraq fəaliyyətdəyəm.

Ailəmiz 4 nəfərdən ibarətdir:

Atam- Qurbanov Səhrəd İsgəndər oğlu 16 iyul 1967-vi ildə anadan olmuşdur. Hal hazırda sürücü işləyir.

Anam – Qurbanova Səadət Əbülfəz qızı 7 yanvar 1976-vu ildə anadan olmuşdur. Hal hazırda evdar xanımdır

Qardaşım – Qurbanov Orxan Səhrəd oğlu 8 dekabr 2000-ci ildə anadan olmuşdur. Hal hazırda işləyir.