Ələkbərova Məlahət

Ələkbərova Məlahət

Mən Ələkbərova Məlahət Əli qızı 22 senyabr 1997-ci ildə Bakı şəhərində anadan olmuşam.

2003-cü ildə Nəsimi rayon 111N-li tam orta məktəbə daxil olmuşam.

2014-cü ildə məktəbi bitirmiş və Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakultəsinin Riyaziyyat müəllimliyi ixtisasına qəbul olmuşam. 2018-ci ildə Universiteti bitirmişəm.

2019-cu ildə MİQ imtahanında uğur qazanaraq Şamaxı rayon Dəmirçi kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışam. 2022-ci ildə isə öz istəyimlə işdən çıxarılmışam.

2023-cü ildə yenidən MİQ üzrə müsabiqədə iştirak etmişəm. Bakı Kompüter Peşə liseyində çalışmaq hüquqü qazanaraq işə başlamışam.

Eyni zamanda Kainat tədris mərkəzinin işə qəbul imtahanında uğur qazanaraq, Həzi Aslanov filialında çalışmağa başlamışam.