Salahova Leyla

Salahova Leyla

Salahova Leyla 1999 –cu ildə Qobustan rayonunda anadan olmuşam. 2006-cı ildə Hacıqabul şəhər İ. Ələkbərov adına 1 nömrəli tam orta məktəbin 1-ci sinfínə daxil olub, 2017 –ci ildə həmin məktəbdən məzun olmuşam. 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetin “Riyaziyyat və İnformatika müəllimliyi” ixtisasına qəbul olmuşam, 2022-ci ildə həmin universitetin Sabah qruplarından məzun olmuşam. 2022-ci ildə Bakı Dövlət Universitetinin “Əməliyyatlar tətqiqi və sistemli təhlil” ixtisasının magistratura pilləsinə qəbul olmuşam, hal-hazırda təhsilimi davam etdirirəm. 2023-cü ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək uğur qazanmışam. Hal-hazırda Bakı şəhər, Qaradağ rayonu 223 nömrəli tam orta məktəbdə İnformatika müəllimi olaraq fəaliyyət göstərirəm.

Atam, Salahov Səlim Aqil oğlu 1971-ci ildə Qobustan rayonunda anadan olub. Socar Qaz ixrac idarəsi Hacıqabul rayon Magistral Qaz Kəmərləri sahəsində çalışır.

Anam, Salahova Sevginaz 1981-ci ildə Qobustan rayonunda anadan olub. Işləmir.

Bacım, Salahlı Rübəyyə 2011-ci ildə Hacıqabul rayonunda anadan olub, məktəblidir.

Qardaşım, Salahlı Nihad 2013-cü ildə Hacıqabul rayonunda anadan olub, məktəblidir.

Qardaşım, Salahlı Nicat 2017-ci ildə Hacıqabul rayonunda anadan olub, məktəblidir.