Aslanova Aydan

Aslanova Aydan

Aslanova Aydan Yulət qızı 09.01.1994-cü il tarixində Sabirabad rayon Cavad kəndində anadan olmuşdur. 2000-ci ildə Sabirabad rayon Cavad kənd 2 saylı tam orta məktəbə daxil olub, 2011-ci ildə həmin məktəbi bitirmişdir.

2011-ci ildə ADPU-nun kimya-biologiya ixtisasına daxil olub, 2015-ci ildə bitirmişdir. 2017-ci ildə MİQ imtahanında iştirak edərək Sabirabad rayon N.Gəncəvi adına 5 saylı tam orta məktəbdə biologiya müəllimi kimi tədris fəaliyyətinə başlayıb. 2021-ci ildə qarşılıqlı razılaşma əsasında həmin rayonun Cavad 2 saylı tam orta məktəbinə yerdəyişmə edib, hazırda kimya- biologiya fənlərini tədris edir.

01.09 2022-ci il tarixindən Kainat Tədris Mərkəzinin kimya müəllimi kimi işləyir.