Zeynalov Yunus

Zeynalov Yunus

Zeynalov Yunus İbadət oğlu 05.04.1999-cu il tarixində Saatlı rayon Nərimankənd kəndində anadan olmuşdur. 2005-ci ildə Saatlı rayon M. Mehbalıyev adına Nərimankənd kənd tam orta məktəbinə daxil olub, 2016-cı ildə həmin məktəbi bitirmişdir. 2016-cı ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına daxil olmuşdur. 2020-ci ildə bakalavr təhsilini başa vurduqdan sonra həmin universitetin Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistraturaya daxil olmuş, 2022-ci ildə bitirmişdir. 15.09.2023-cü il tarixindən. Saatlı rayon Mollavaizli kənd ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi olaraq fəaliyyət göstərir. 

01.09.2022- ci il tarixindən Kainat Tədris Mərkəzinin Sabirabad filialında Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışır.