Ömərova Ülviyyə

Ömərova Ülviyyə

 

 

Mən Ömərova Ülviyyə Mahir qızı 1987 ci ildə mart ayının 11 də Quba rayonunda anadan olmuşam.

9 il Rusiyanın Naberejnıye Çelnı şəhərində orta məktəbdə oxumuşam.

10 və 11 ci sinifi Quba rayonunun 3 Nömrəli məktəbinin rus sektorunda bitirmişəm. Hər iki məktəbi əla qiymətlərlə və təltifnamələrlə bitirmişəm.2005 ci ildə Bakı şəhərində Azərbaycan Beynəlxalq Universitetinin ingilis dili fakültəsinə qəbul olmuşam. 4 il həmən universitetdə təhsil almışam.2009 cu ildə bitirmişəm. Həmən ildə ailə qurmuşam.

2020 ci ildə "İlk Tibbi Yardım Kursunu" bitirmişəm.

2021 ci ildə kompüter kurslarına getmişəm.

2021 ci ildə Express və Şahdağ təhsil mərkəzində ingilis dili müəllimi olaraq işləmişəm.

2022 ci ilin sentyabr ayından Kainat tədris mərkəzində ingilis dili müəllimi olaraq işləyirəm.

2023 cü ilin aprel ayından Montessori təliminin müəllimi olaraq işləyirəm. 

Həmçinin uşaq psixologiyası, uşaqlarda depressiya, uşaqların düzgün inkişafı və digər təlimlərdə iştirak etmişəm, sertifikatlarla təltif olunmuşam.

Uşaqlarla yaxşı ünsiyyət qura bilirəm. Onları çox sevirəm. Mənim 3 evladım var.

Düşünürəm ki, uşaqlara böyük məhəbbətlə yanaşı, daim yeni biliklər əldə etmək həvəsi, öyrənmək və özünü təkmilləşdirmək səyləri, mənəvi inkişaf müəllimin əsas xüsusiyyətləri olmalıdır.

Görkəmli fransız yazıçısı Viktor Hüqo demişkən "Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir ".Bu sözləri deməklə müəllim peşəsinin nə qədər vacib olduğunu vurğulayır.

Məndə peşəmi çox sevirəm. Elə buna görə də işimi vicdanla həyata keçirirəm.