Əlixanova Nigar

Əlixanova Nigar

Mən Əlixanova Nigar Nadir qızı 1985-ci il yanvar ayının 30-da Quba rayonunda anadan olmuşam.1991-ci ildə Quba şəhər 4 saylı orta məktəbinin 1-ci sinfinə getmişəm.2002-ci ildə həmin məktəbin 11-ci sinfini yaxşı qiymətlərlə bitirmişəm.2003-ildə Quba Dövlət Sosial İqtisadi Kollecinin İbtidai təhsil şöbəsinə qəbul olmuşam,2007-ci ildə həmin kolleci bitirmişəm.2007-ci ildə ailə qurmuşam, hal-hazırda ailəliyəm bir qızım,bir oğlum var.2015-ci ilin 5 mart tarixindən 2019-cu ilin 29 sentyabr tarixinə kimi Quba şəhər 7 saylı körpələr evi-uşaq bağçasında əvəzçi-tərbiyəçi vəzifəsində çalışmışam.2015-ci ilin iyul ayında Quba rayon 2 saylı orta məktəbində Yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim keçmişəm.Həmin ilin avqust ayının 21-də təlimi müvəffəqiyyətlə bitirib təlimçi Məmmədova Lamiyə tərəfindən sertifikat almışam.23 mart 2021-ci il tarixindən Quba Kainat Tədris Mərkəzində İbtidai sinif müəlliməsi kimi fəaliyyət göstərirəm .